FED uçot dərəcəsini dəyişməyib | 1news.az | Xəbərlər
İqtisadiyyat

FED uçot dərəcəsini dəyişməyib

23:00 - 20 / 09 / 2017
FED uçot dərəcəsini dəyişməyib

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, FED uçot dərəcəsini 0,1-1,25% səviyyəsində saxlayıb.

Qeyd edək ki, sonuncu dəfə FED iyunun 14-də uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%-dək artırıb.

Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib.

1news.az

Paylaş:
920

Son xəbərlər

Bütün xəbərlər