Jurnalist və qızı öldürüldü, qətldə Əsədin əli olduğu iddia edilir - FOTO | 1news.az | Xəbərlər
Dünya

Jurnalist və qızı öldürüldü, qətldə Əsədin əli olduğu iddia edilir - FOTO

19:10 - 24 / 09 / 2017
Jurnalist və qızı öldürüldü, qətldə Əsədin əli olduğu iddia edilir - FOTO

İstanbulun Üsküdar rayonunda suriyalı fəal, 60 yaşlı jurnalist Orouba Barakat və eyni zamanda özü kimi jurnalist olan 22 yaşlı qızı Halla Barakat qətlə yetirilib.

1news.az-ın  “Qafqazinfo”ya istinadən verdiyi mılumata görə, ana ilə qızının evdə boğazları kəsilmiş halda cəsədləri aşkarlanıb. 

Dünən dəfn olunan O. Barakatın bacısı ilə qardaşı qətldə Suriya prezidenti Bəşər Əsədin əli olduğunu iddia ediblər: “Bunu Əsəddən başqa heç kim edə bilməz. Oroubanı telefon və internet vasitəsilə hədələyirdi”.

Hazırda Türkiyə polisi faktla bağlı araşdırmalar aparır.

1news.az

 

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər