Ermənistan ordusunda özbaşınalıq davam edir: iki əsgər güllələnib | 1news.az | Xəbərlər
Dünya

Ermənistan ordusunda özbaşınalıq davam edir: iki əsgər güllələnib

15:06 - 25 / 09 / 2017
Ermənistan ordusunda özbaşınalıq davam edir: iki əsgər güllələnib

Hər dəfə Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müəyyən konsensusun əldə edilməsi gündəmə gələndə Ermənistan tərəfi müxtəlif hadisələr törətməklə ölkə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır.

Bu dəfə də belə oldu. İşğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi fonunda Ermənistan ordusunda növbəti bədbəxt hadisənin baş verməsi buna bir daha sübutdur. Nəticə isə məlumdur, Ermənistanın hərbi-siyasi rəhbərliyi ordudakı neqativ halların baş verməsində bilavasitə maraqlıdır.

Son zamanlar Ermənistan ordusunda neqativ halların durmadan artması sirr deyil və bu barədə məlumatlar erməni sosial mediasında əsas müzakirə edilən mövzulardandır. Diqqəti cəlb edən məqamlardan biri isə erməni sosial şəbəkə istifadəçilərinin Ermənistan silahlı qüvvələrində baş verən bir çox hadisələrin ölkə rəhbərliyi və yuxarı komandanlığın tapşırıqlarına əsasən hərbi hissə komandirləri tərəfindən təşkil olunduğu barədə məlumatların yer almasıdır.

Təbii ki, bu məsələlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin marağının olması və bundan şəxsi və siyasi məqsədlər üçün istifadə olunması iyrəncdir və heç şübhəsiz bu xislət, Ermənistandan başqa dünyanın heç bir ölkəsinə xas deyil.

Erməni sosial mediasında hiddətlə müzakirə olunan növbəti məsələ Laura adlı Facebook istifadəçisinin qohumunun ağır yaralanması barədə etdiyi paylaşımdır. Onun sözlərinə görə, Madagizdə yerləşən hərbi hissədə xidmət edən qohumu Narek Zarqaryanla digər hərbi qulluqçu Yura Hakopyan döyüş postunda olan zaman post komandiri tərəfindən təhqirlərə və alçaldıcı hərəkətlərə məruz qalıblar. Komandirin bu hərəkətlərinə etiraz edən hərbi qulluqçular güllələnərək ağır bədən xəsarəti ilə hospitala təxliyə ediliblər. Hazırda hər ikisinin vəziyyəti ağırdır.

Babək Cahandarov

Paylaş:
711

Sizin üçün xəbərlər

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər