İraq Kürdüstanında referendum başlayıb
İraqın Kürdüstan muxtariyyətində müstəqilliklə bağlı referendum başlayıb.
1news.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, səsvermə 12 saat davam edəcək.
Qeyd edək ki, kürdlərin birtərəfli qəbul etdiyi bu qərarı ərəblər və türkmənlər boykot edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib.
Həmçinin, beynəlxalq ictimaiyyət İraq kürdlərinin lideri M.Bərzanini referendumu ləğv etməyə çağırıb. Bərzani isə geri addım atmayacağını deyib.
İraq kürd muxtariyyətində 7 min, mübahisəli bölgələrdə isə 5 min seçki qutusu yerləşdirilib.
Referendumda 5 milyon 200 min seçicinin iştirakı gözlənilir.
P.Sultanova
830