İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi
Əgər Ərbil üç gün ərzində hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməsə, Bağdad kürd muxtariyyəti ilə avia əlaqələri kəsəcək.
1news.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin bəyanatında deyilir.
Bundan əvvəl İraqın nazirlər kabineti kürd muxtariyyətinin səlahiyyətlilərindən bölgənin bütün sərhəd məntəqələrinə, hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməyi, xarici ölkələrdən isə muxtariyyətlə neft sahəsindəki əməkdaşlığı kəsməyi tələb etmişdi.
Qeyd edək ki, dünən İraqın Kürd muxtariyyətində müstəqillik barədə referendum keçirilib. Türkiyə və İraq referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını bəyan ediblər.
1news.az
634