Taliban: Kabil aeroportuna zərbələrin hədəfi Pentaqon rəhbəri olub | 1news.az | Xəbərlər
Dünya

Taliban: Kabil aeroportuna zərbələrin hədəfi Pentaqon rəhbəri olub

13:26 - 27 / 09 / 2017
Taliban: Kabil aeroportuna zərbələrin hədəfi Pentaqon rəhbəri olub

Kabildə hava limanının bombalanması ilə bağlı məsuliyyəti “Taliban” terror qruplaşması öz üzərinə götürüb.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, qruplaşmanın yaydığı bəyanatda zərbələrin hədəfinin ABŞ-ın müdafiə naziri Ceyms Mettisin olduğu deyilib.

Bu gün səhər saatlarında Pentaqon rəhbəri C.Mettis və NATO-nun baş katibi Yens Stoltenberq Kabilə elan olunmamış səfər edib.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə hava limanına 30-dək raket zərbələri endirilib. Bununla əlaqədar olaraq, hava limanında bütün reyslər ləğv olunub.

Pentaqon rəhbəri isə aeroporta hücum barədə yalnız mətbuatda oxuduğunu vurğulayıb.

P.Sultanova

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər