Əcnəbilər bizdən çox pul xərcləyirlər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əcnəbilər bizdən çox pul xərcləyirlər

14:01 - 27 / 09 / 2017
Əcnəbilər bizdən çox pul xərcləyirlər

“Bu ilin 8 ayında Azərbaycana 1 milyon 818 min nəfər turist gəlib”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Gününə həsr olunan tədbirdə deyib. 

Nazir bildirib ki, turizm sənayesində 46 min nəfərdən çox insan çalışır:

“Mən onlara fədakar əməklərinə görə təşəkkür edirəm. Bu gün turizm müəssisələrində bayram kimi qeyd olunmalıdır. Son vaxtlar Azərbaycana gələn turistlərin sayına sevinməmək olmaz. Azərbaycan stabil, təhlükəsiz və qonaqpərvər ölkədir.

Azərbaycandan gedənlərin sayı təxminən dörd milyon nəfərdir. Bura bütün səfərlər daxildir. Azərbaycan vətəndaşlarının xarici ölkələrdə il ərzində xərclədiyi pul təxminən 600 milyon dollardır. Əcnəbilər isə bir ildə Azərbaycanda 700 milyon dollar xərcləyirlər”.

Babək Cahandarov

Paylaş:
593

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər