İraq Kürdüstan muxtariyyətindən beynəlxalq uçuşları dayandırır | 1news.az | Xəbərlər
Dünya

İraq Kürdüstan muxtariyyətindən beynəlxalq uçuşları dayandırır

13:00 - 27 / 09 / 2017
İraq Kürdüstan muxtariyyətindən beynəlxalq uçuşları dayandırır

İraq aviasiyası Kürdüstan muxtariyyətində keçirilən referendumdan sonra Ərbil və Süleymaniyyə hava limanlarından bütün beynəlxalq reysləri dayandırır.

 1news.az bu barədə RİA Novosti-yə istinadla xəbər verir.

Məlumata görə, bu gün yerli vaxtla saat 18:00-dan başlayaraq  Ərbil və Süleymaniyyədən bütün uçuşlar dayandırılacaq. Yalnız İraq aviaşirkətləri üçün daxili reyslər istisna təşkil edəcək.

İraq hökuməti dünən kürd muxtariyyətinə uçuşlara qadağa qoyacağını bəyan edib.

P.Sultanova

 

Paylaş:
1016

Son xəbərlər

Bütün xəbərlər