Mumbay şəhərində basırıq zamanı azı 22 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Mumbay şəhərində basırıq zamanı azı 22 nəfər ölüb

21:14 - 29 / 09 / 2017
Mumbay şəhərində basırıq zamanı azı 22 nəfər ölüb

Hindistanın Mumbay şəhərində yerləşən Elfinstoun dəmiryol stansiyasına aparan piyada körpüsündə basırıq nəticəsində azı 22 nəfər həlak olub, 30 nəfərə yaxın insan isə yaralanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, insident bu gün səhər saatlarında qeydə alınıb. Hazırda hadisə yerində xilasedicilər və təcili yardım xidmətinin əməkdaşları işləyir.

Times of India nəşrinin yazdığına görə, insidentin baş verdiyi keçid çox dardır və günün pik saatlarında bura həmişə çoxlu insan toplaşır.

Bəzi məlumatlara əsasən, kütlə arasında eşidilən qışqırıq çaxnaşma yaradıb. Digər versiyaya görə isə insidentə qəfil başlayan leysan səbəb olub. İnsanlar yağışdan qorunmaq üçün dəstə-dəstə piyada keçidinin altına tərəf axışıb və nəticədə basırıq yaranıb.

Babək Cahandarov

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər