Madriddə Kataloniyadakı referendumun əleyhinə nümayiş keçirilir | 1news.az | Xəbərlər
Dünya

Madriddə Kataloniyadakı referendumun əleyhinə nümayiş keçirilir

15:33 - 01 / 10 / 2017
Madriddə Kataloniyadakı referendumun əleyhinə nümayiş keçirilir

İspaniyanın paytaxtı Madriddə, Mayor meydanında Kataloniyada keçirilən müstəqillik haqqında referendumun əleyhinə nümayiş keçirilir.

1news.az-a xəbər verir ki, nümayişdə ən azı 500 nəfər iştirak edir.

Aksiya iştirakçıları "İspaniya vahiddir, heç vaxt parçalanmayacaq", "Kataloniya İspaniyadır", "Kataloniya hakimiyyətinə ölkə konstitusiyasını pozmağa imkan vermək olmaz" kimi şüarlar səsləndirirlər.

Nümayiş dinc xarakterlidir.

1news.az

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər