Evander Holifeld: Bakıda yüksək qonaqpərvərliklə qarşılandım | 1news.az | Xəbərlər
İdman

Evander Holifeld: Bakıda yüksək qonaqpərvərliklə qarşılandım

19:50 - 01 / 10 / 2017
Evander Holifeld: Bakıda yüksək qonaqpərvərliklə qarşılandım

Bakıya ilk dəfədir səfər edirəm. Burada yüksək qonaqpərvərliklə qarşılandım. Bu məni çox sevindirir.

1news.az  xəbər verir ki, bu sözləri Bakıda təşkil olunacaq Ümumdünya Boks Şurasının 55-ci konqresində iştirak edəcək məşhur boksçu Evander Holifeld oktyabrin 1-də təşkil olunan mətbuat konfransında deyib.

Səkkiz yaşında çempion olmaq arzusunda idim. O vaxtlar Məhəmməd Əli mənim kumirim idi. Mən arzuma çatdım. Hazırda Ümumdünya Boks Şurasında təmsil olunuram. Bu mənim üçün böyük fəxrdir”,- deyə məşhur boksçu vurğulayıb.

1news.az

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər