Əsəd Rusiyanın biznes nümayəndələri ilə görüşüb
Suriya prezidenti Bəşər Əsəd Rusiyanın iqtisadi sahə üzrə nümayəndə heyətini qəbul edib.
1news.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Rusiyanın iqtisadiyyat nazirinin müavini Kiril Molodsvon rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində iri biznes qurumlarının təmsilçiləri də olub.
Əsəd Suriyanın bərpasında Rusiyanın rolunu qeyd edib.Görüşdə iki ölkə arasında strateji əməkdaşlıq, neft-qaz, nəqliyyat, fosfatlar, dərman istehsalı sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, ölkənin infrastrukturunun tezliklə bərpası üçün alətlər yaradılması müzakirə olunub.
P.Sultanova
638