Minsk qrupunun həmsədrlərinin Bakıya səfərlərinin tarixi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Minsk qrupunun həmsədrlərinin Bakıya səfərlərinin tarixi açıqlanıb

14:13 - 03 / 10 / 2017
Minsk qrupunun həmsədrlərinin Bakıya səfərlərinin tarixi açıqlanıb

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 7-də Bakıya gələcəklər.

1news.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, həmsədrlər oktyabrın 6-da İrəvana səfər edəcəklər.Nazirin sözlərinə görə, vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün gündəliyini müzakirə etmək üçün gəlirlər:

“Prezidentlərin görüşündən sonra həmsədrlər məntiqi nəticələrə nail olmaq və prosesi ölü nöqtədən tərpətmək istəyirlər”.

1news.az

Paylaş:
927

Son xəbərlər

Bütün xəbərlər