Qəbul məntəqələrinə 56 min 554 ton pambıq təhvil verilib
Oktyabrın 3-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 56 min 554,24 ton məhsul təhvil verilib.
1news.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 dəfə çoxdur (12 min 69,7 ton).
Komitənin məlumatına görə, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar ərazidə çiyid səpilib. Bu il ən çox pambıq Saatlıda əkilib (17220 hektar). Sonrakı yerlərdə İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçala rayonları (11111 hektar) gəlir.
1news.az
724