Las-Veqasda fövqəladə vəziyyət elan edilib | 1news.az | Xəbərlər
Dünya

Las-Veqasda fövqəladə vəziyyət elan edilib

09:22 - 03 / 10 / 2017
Las-Veqasda fövqəladə vəziyyət elan edilib

ABŞ-da Las-Veqas şəhərinin (Nevada ştatı) yerləşdiyi Klark dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

1news.az xarici KİV-ə istinadla xəbər verir ki, qərarla dairənin müvafiq strukturları faciənin fəsadlarının aradan qaldırılması üçün səfərbər edilir.

Qeyd edək ki, ötən gecə Las-Veqasın “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açıb, daha sonra isə intihar edib. Hadisə nəticəsində 59 nəfər ölüb, 527 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

1news.az

 

Paylaş:
617

Son xəbərlər

Bütün xəbərlər