Millimiz Çexiya yığmasına qarşı | 1news.az | Xəbərlər
Futbol

Millimiz Çexiya yığmasına qarşı

13:20 - 05 / 10 / 2017
Millimiz Çexiya yığmasına qarşı

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IX tura start veriləcək.

1news.az-ın məlumatına görə, C qrupunda yer alan millimiz öz meydanında Çexiya yığmasını qonaq edəcək.

Mundiala qatılmaq şansını itirən hər iki komandanın görüşü tərəflər üçün formal xarakter daşıyır. Çünki turnir cədvəlində daha yüksək yerlər üçün mübarizə aparan komandaların tuta biləcəyi ən yaxşı mövqe üçüncülük olacaq. Bu isə nə mundiala, nə də pley-offa vəsiqə verir.

Onu da qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək bugünkü qarşılaşma daha bir hadisə ilə əlamətdar olacaq. Belə ki, uzun illərdir komandamızın uğurları üçün çalışan kapitan Rəşad Sadıqov millidə son oyununa çıxacaq.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

IX tur

5 oktyabr

20:00. Azərbaycan - Çexiya

Baş hakim: Benua Millot

Baş hakimin köməkçiləri: Jülien Paselli, Bertran Juanno

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Hakim-inspektor:: Are Habix (Estoniya)

Komissar: Romano Klavedetçer (İsveçrə)

Bakı Olimpiya Stadionu 

1

Almaniya

8

8

0

0

35-2

24

2

Şimali İrlandiya

8

6

1

1

16-2

19

3

Azərbaycan

8

3

1

4

8-12

10

4

Çexiya

8

2

3

3

10-9

9

5

Norveç

8

2

1

5

8-16

7

6

San-Marino

8

0

0

8

2-38

0

 

Babək Cahandarov

Paylaş:
849

Son xəbərlər

Bütün xəbərlər