Azərbaycanın minifutbol üzrə U-23 millisi bu gün Slovakiya ilə üz-üzə gələcək | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın minifutbol üzrə U-23 millisi bu gün Slovakiya ilə üz-üzə gələcək

1news Redaksiyası09:12 - Bu gün
Azərbaycanın minifutbol üzrə U-23 millisi bu gün Slovakiya ilə üz-üzə gələcək

Azərbaycanın 23 yaşadək minfitbolçulardan ibarət millisi Xorvatiyada keçirilən dünya çempionatında növbəti oyununa bu gün çıxacaq.

1news.az xəbər verir ki, komanda Slovakiya seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:40-da start götürəcək.

Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi görüşlərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı üstələyib (hər ikisi 4:2), Rumıniya ilə heç-heçə (3:3) edib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər