Azərbaycanın cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatların təqdimetmə mərasimi keçirilib.
Bu barədə 1news.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Milli Gimnastika Arenasında baş tutan mərasimdə sertifikatları Beynəlxalq Cüdo Federasiyasının Təhsil və Məşqçilik üzrə direktoru Mohamed Meridja təqdim edib.
7-ci dan dərəcəsinə Elçin İsmayılov və Fərhad Məmmədov layiq görülüblər.
6-cı dan dərəcəsi isə Elxan Məmmədov, İrina Kindzerska, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüfət İsmayılov və Mübariz Cəfərova təqdim olunub.
Dan dərəcələri cüdoda yüksək ustalıq, bilik və təcrübə səviyyəsini ifadə edir.
65












