Rusiyaya məxsus Su-24 təyyarəsi Suriyada qəzaya uğrayıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyaya məxsus Su-24 təyyarəsi Suriyada qəzaya uğrayıb

17:24 - 10 / 10 / 2017
Rusiyaya məxsus Su-24 təyyarəsi Suriyada qəzaya uğrayıb

Bu gün Rusiyaya məxsus Su-24 təyyarəsi Suriyada qəzaya uğrayıb.

1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Oktyabrın 10-da Su-24 təyyarəsi hərbi tapşırığı yerinə yetirmək üçün Xmeymim aerodromundan sürət yığan zaman uçuş cığırından kənara çıxaraq qəzaya uğrayıb, ekipaj üzvləri isə vaxtında təyyarəni tərk edə bilməyiblər və həlak olublar”- deyə, Nazirliyin məlumatında qeyd olunub.

Qeyd edək ki, hadisənin təyyarədə olan texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.

Babək Cahandarov

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər