Prezident İlham Əliyev Sooronbay Jeenbekovu təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Sooronbay Jeenbekovu təbrik edib

22:54 - 16 / 10 / 2017
Prezident İlham Əliyev Sooronbay Jeenbekovu təbrik edib

Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Jeenbekov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

1news.az

Paylaş:
801

Son xəbərlər

Bütün xəbərlər