Salyanda ailə faciəsi: bir nəfər öldü, iki nəfər yaralandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda ailə faciəsi: bir nəfər öldü, iki nəfər yaralandı

1news Redaksiyası14:18 - Bu gün
Salyanda ailə faciəsi: bir nəfər öldü, iki nəfər yaralandı

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, ailənin oğlu ana-atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir.

Nəticədə, ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər