Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək

10:06 - 17 / 10 / 2017
Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək

Bu gün Tbilisi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimer Çaçibaianın iştirakı ilə görüş keçiriləcək.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin təmin edilməsində Silahlı Qüvvələrin rolunun müzakirəsi, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin olunmasında praktiki fəaliyyətlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Babək Cahandarov

Paylaş:
688

Son xəbərlər

Bütün xəbərlər