Gələn ilin dövlət büdcəsinin layihəsi parlamentə daxil olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gələn ilin dövlət büdcəsinin layihəsi parlamentə daxil olub

16:44 - 19 / 10 / 2017
Gələn ilin dövlət büdcəsinin layihəsi parlamentə daxil olub

2018-ci ilin dövlət büdcəsinə dair qanun layihəsi artıq parlamentə daxil olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında komitə sədri Ziyad Səmədzadə  məlumat verib.

“Artıq büdcə zərfi parlamentdədir. Sənəd 1-2 günə bütün millət vəkillərinə, o cümlədən, komitəmizin üzvlərinə paylanılacaq. Mən xüsusilə komitəmizin üzvlərini büdcə ilə bağlı təşkil olunacaq müzakirələrdə fəal olmağa səsləyirəm. Çox güman ki, bu ayın sonu, gələn ayın ilk günlərində digər komitələrlə birgə komitəmiz büdcə müzakirələrinə başlayacaq”, - deyə Z. Səmədzadə əlavə edib.

Babək Cahandarov

Paylaş:
489

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər