“Neft Daşları”nda yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2649 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən 1news.az-a bildirilib ki, məhsuldar qat çöküntülərinin Qirməki altı lay dəstəsindən qazlif üsulu ilə məhsul verən quyu hazırda 1543-1540 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar olunur.
Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.
1news.az
1859