"Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumu əməkdaşlığın inkişafına əlverişli imkan yaradacaq"
Xarici işlər naziri Elmar Məmmədyarov Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Əbdüllətif Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az görüşdə Azərbaycan ilə Körfəz Əməkdaşlıq Şurası və üzv dövlətlərlə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin institusional əsasda inkişafı üçün mühüm çərçivə rolu oynadığı diqqətə çatdırılıb.
Son dövrlərdə Azərbaycana Körfəz Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana gələn turistlərin sayının artması və birbaşa avia reyslərin açılması müsbət inkişaf kimi xüsusi olaraq qeyd olunub və bu istiqamətdə birgə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.
19-20 oktyabr 2017-ci il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağına əminlik ifadə edilib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
P.Sultanova