Mübariz Əhmədoğlu: Sarkisyan Dağlıq Qarabağla bağlı səsləndirdiyi yalanlarının girovuna çevrilib | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Sarkisyan Dağlıq Qarabağla bağlı səsləndirdiyi yalanlarının girovuna çevrilib

12:24 - 19 / 10 / 2017
Mübariz Əhmədoğlu: Sarkisyan Dağlıq Qarabağla bağlı səsləndirdiyi yalanlarının girovuna çevrilib

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü Dağlıq Qarabağ tənzimlənməsində tam yeni mərhələdir.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Uzun fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutduğunu deyən politoloq bildirib ki, Ermənistanın şərt irəli sürməsi, imitasiyaları bu görüşə maneçilik edə bilmədi.

M.Əhmədoğlu sözügedən görüşlə bağlı yeniliklərin çox olduğunu bildirib:

I. Görüş BMT-nin Cenevrə ofisinin yanında İsveçrənin rezidentliyində keçirildi. Məhz bu ofis dünya miqyaslı barışıq proseslərində vacib rol oynayıb.

II. Həmsədrlərin bu görüş barədə bəyanatı yeni yanaşmadır; Danışıqlar prosesinin intensivliyi təmas xəttində gərginliyin azalmasından daha öndədir. Danışıqlar prosesinin intensivliyi substantivliyi zəruri edir.

III. “Vyana və Sankt-Peterburq razılaşmaları” termini sıradan çıxarıldı. Hesablama başlanğıcı kimi Cenevrə görüşü götürüləcəkdir.

IV. Həmsədrlər üçün əsas məsələ Azərbaycanın cari marağında olan məsələ ilə Ermənistanın təkidli mövqeyini uzlaşdırmaqdır. Təmas xəttində monitorinq qurğularının yerləşdirilməsi  Ermənistanın təkidli mövqeyidir. Status-kvonun dəyişməsi isə Azərbaycan və ATƏT MQ–nin dəstəklədiyi məsələdir. Monitorinq qurğularının yeni təmas xəttində  yerləşdirilməsi indiki halda kompromis deməkdir.

Yeni təmas xətti Laçının bir qismi və Kəlbəcərdən keçəcəkdir. 5 rayon və Laçının bir qismi Azərbaycana qaytarılır. Həmsədrlərin ssenarisinə görə Cenevrə görüşü bu mövzuda tərəflər arasında etimad formalaşdırır. İlin sonunadək baş tutmalı olan növbəti görüşdə isə sənəd imzalanır.

V. BMT Baş Katibinin Dağlıq Qarabağ tənzimlənməsinə pozitiv marağı davamlı hal alır.

VI. Ermənistan prezidenti İsveçrəyə qədəm qoyan kimi müqavimətlə rastlaşdı. Ermənilərin ikinci böyük din xadimi,  Yüksək Kilikiya evinin başçısı I Aram  Cenevrədə ATƏT MQ həmsədrlərindən qabaq S.Sərkisyanla görüşdü. Ehtimal ki, I Aram torpaqları güzəştə getməməklə bağlı xəbərdarlıq edib.

Görüşdən də sonra S.Sərkisyan İsveçrədə olan erməni icmasının nümayəndələri ilə görüşdü. Bu, diasporun Ermənistan prezidentinə etibar etmədiyinin göstəricisidir.

VII. S.Sərkisyanın danışıqlardan sonra verdiyi açıqlama onun əvvəlki açıqlamalarından kəskin sürətdə fərqlənir. S.Sərkisyanın Dağlıq Qarabağın statusu ilə bağlı səsləndirdiyi fikirlərin dinamikasının müqayisəli təhlili bunu sübut edir. Bir müddətdən sonra S.Sərkisyan “Dağlıq Qarabağ Azərbaycandan kənar olmalıdır” tezisini də dəyişəcəkdir.

S.Sərkisyan Dağlıq Qarabağ mövzusunda səsləndirdiyi çoxsaylı, mütəmadi yalanlarının girovuna çevrilib. Bu girovluqdan özünü azad edə bilməsə, növbəti “Sasna srer” onu girovluqdan azad edəcək.

Bəzi etnik qurumlar tərəfindən keçirilən referendumlara toxunan M.Əhmədoğlunun sözlərinə görə, dünya erməniliyi müstəqillik referendumlarına olan hücumların mahiyyətini düzgün başa düşməlidir:

“İraqda və İspaniyada keçirilən müstəqillik referendumlarına münasibətdə sivil dünya ərazi bütövlüyü prinsipinin tərəfində durdu. Beynəlxalq ictimaiyyət ərazi bütövlüyü prinsipinin tərəfdarı olub. Beynəlxalq ictimaiyyətdə formalaşmış rəyə görə xalqların öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyü prinsipinin içərisində reallaşmalıdır. İspaniyada və İraqda keçirilən referendumlar dünyanın bu ənənəsini sadəcə bir daha yenidən aşkarladı.

Ermənistanın bəzi məsələləri dərk etməsinin çox çətin olduğunu nəzərə alaraq biz də bu fikriləri təkrar edirik; Ermənistan, dünya erməniliyi beynini açsın və bu məsələ ilə bağlı həqiqəti olduğu kimi qəbul etsin.

Dünyada təxminən 20 milyon kürd yaşayır. Əgər 20 milyon kürd heç bir dövlətə malik deyilsə, 100 min hüdudlarında Dağlıq Qarabağda yaşayan erməniyə heç kəs ikinci müstəqil erməni dövlət qurmağa imkan verməyəcək. İspaniya Avropanın mərkəzidir və katalonlar və yaxud basklar ayrıca xalqdır. Avropa İspaniyanın ərazi bütövlüyünü dəstəklədi. Katalonlara müstəqillik vermədi”.

Ermənilərin bir az özünə tənqidi yanaşmasına ciddi ehtiyac olduğunu deyən politoloq bildirib ki, Dağlıq Qarabağdakı ermənilər ayrıca etnik qrup deyillər:

“Dağlıq Qarabağ müstəqillik uğrunda deyil, Azərbaycanın tərkibindən çıxıb Ermənistanın tərkibinə birləşmək uğrunda mübarizə aparıb. Yaranmış vəziyyətdə ermənilər bunu başa çatdıra bilmədilər. Fikirlərini dəyişdilər ki, guya əvvəl müstəqil olsun, sonra isə Dağlıq Qarabağ Ermənistanın tərkibinə birləşsin. Bu anlamda ermənilər müstəqillik ideyasına xəyanət etdilər və müstəqillik ideyasına aralıq, keçici bir mərhələ kimi yanaşdılar. Ona görə İraqdakı və İspaniyadakı müstəqillik referendumları ilə Dağlıq Qarabağdakı referendumları müqayisə oluna bilməz.

Kataloniya və İraq Kürdüstanında deportasiya olmayıb. Ermənilər əvvəlcə azərbaycanlıları deportasiya etdilər, sonra “referendum” keçirdilər.

Kataloniya İspaniya iqtisadiyyatının təxminən 60 faizi deməkdir. İraq Kürdüstanı dünyanın ən zəngin neft yataqlarına malikdir. Dağlıq Qarabağ erməniləri hələ bu günədək son 20-25 il ərzində özlərinin iqtisadiyyatını qura bilməyiblər.

Sovet dövründə Bakıdan aldıqları vəsaitin hesabına firavan yaşayırdılar. İndi isə dünya erməniliyinin, o cümlədən Ermənistandan ayrılan vəsaitin hesabına “acından ölmürlər". Amma özlərinin daxili iqtisadiyyatı formalaşmayıb. Dünya bunları görür. Son illərdə ardıcıl sürətdə açıqlanan Yenilənmiş Madrid Prinsiplərində, Lavrov planı deyilən planda və yaxud Uorlik-Hoqland variantında “Dağlıq Qarabağ xalqı”, “Referendum” terminləri yoxdur.

Ermənilərin apardığı Dağlıq Qarabağ siyasəti həm Ermənistanın dövlətçiliyini çökdürür, həm də dünya erməniliyini xeyli zəif salıb. Dünya erməniliyi Dağlıq Qarabağ münaqişəsi yaranarkən ABŞ-da, Rusiyada xeyli böyük gücə malik idi. Bu gün ABŞ-dakı ermənilərin böyük əksəriyyəti assimilyasiya olunub və yaxud öz addımlarını rəsmi Vaşinqtonla razılaşdırırlar. Rusiya mərkəzi hökuməti isə demək olar ki, erməniləri tam öz təsiri altına salıb. ABŞ-da  və Rusiyada erməni faktoru demək olar ki, yoxdur.

Erməni lobbisi yalnız mədəni, humanitar tədbirlər çərçivəsində mövcuddur. Əgər dünya erməniliyi özünün və Ermənistanın bundan sonra daha da zəifləməsinə razıdırsa, buyurub Dağlıq Qarabağ məsələsində indi apardıqları mənasız, axmaq siyasəti davam etdirə bilərlər. Müstəqillik referendumlarına dünyanın reaksiyasını nəzərə almasınlar”.

Babək Cahandarov

Paylaş:
798

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər