“Android” əlavələrində boşluq aşkarlayanlar mükafatlandırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Android” əlavələrində boşluq aşkarlayanlar mükafatlandırılacaq

14:50 - 22 / 10 / 2017
“Android” əlavələrində boşluq aşkarlayanlar mükafatlandırılacaq

“Google” şirkəti “Play Store” mağazasında populyar “Android” əlavələrində boşluq aşkarlayan tədqiqatçılar üçün mükafatlandırma proqramını istifadəyə verib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, şirkətin məlumatına görə, “HackerOne” platforması vasitəsilə işləyən “Play Security Reward Program” proqramı yalnız “Google” əlavələri ilə məhdudlaşmır.

Belə ki, şirkət tədqiqatçılar tərəfindən digər tərtibatçıların məhsullarında aşkarlanan səhvlərə görə pul ödəmək niyyətindədir. Ödəniş yalnız populyar proqramlarda boşluqlar barədə məlumatlara veriləcək. Mükafatın maksimal məbləği 1000 dollardır.

Proqram “HackerOne” platformasında oktyabrın 19-da işə salınıb. Hazırda tədqiqatçılara “Alibaba”, “Dropbox”, “Dulingo”, “Headspace”, “Line”, “Mail.ru”, “Snapchat” və “Tinder” şirkətlərinin 13 əlavəsinə müdaxilə etmək təklif olunur.

Hazırda tərtibatçıların sayı məhdud olsa da, gələcəkdə siyahının genişlənəcəyi gözlənilir.

Babək Cahandarov

Paylaş:
968

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər