Əlilliyi olan 101 nəfər Lənkərandakı istirahət mərkəzinə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlilliyi olan 101 nəfər Lənkərandakı istirahət mərkəzinə göndərilib

18:30 - 23 / 10 / 2017
Əlilliyi olan 101 nəfər Lənkərandakı istirahət mərkəzinə göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları əlilliyi olan 101 nəfəri xüsusi ayrılmış nəqliyyat vasitələri ilə Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə istirahətə yola salıblar.

1news.az-ın məlumatına görə, əlillərin yola salınması zamanı sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə edildikləri və həmin təbəqədən olanlara xüsusi diqqət və qayğı göstərilməsi ölkəmizdə aparılan inkişaf kursunun əsas prioritetlərindən olduğu vurğulanıb. Qeyd olunub ki, əlil vətəndaşların reabilitasiya tədbirlərinə cəlb olunması sahəsində də məqsədyönlü işlər aparılır.

Təkcə bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində 16 min 601 nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib, əlilliyi olan şəxslərə ümumilikdə 22 min 453 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Pensiya və sosial müavinətlərlə, sosial xidmətlərlə təmin olunanların da mühüm bir hissəsini əlilliyi olanlar təşkil edir və onların peşə reabilitasiyası da diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində istifadəyə verildiyi 2013-cü ilin dekabrından bəri 1215 nəfər sağlamlıq imkanları məhdud gənc üçün peşə hazırlığı kursları təşkil olunub.

Nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin ötən dövründə 1266 nəfər əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahəti təşkil edilib. Onlardan 466 nəfəri Lənkəran, 550 nəfəri Xaçmaz, 250 nəfəri isə Quba rayonundakı istirahət mərkəzlərinə göndərilib.

1news.az

Paylaş:
639

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər