Bakıda Azərbaycan və İran hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycan və İran hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü keçirilir

17:22 - 24 / 10 / 2017
Bakıda Azərbaycan və İran hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü keçirilir

Bu gün Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü başlayıb.

1news.az-ın məlumatına görə, tərəflər hərbi, hərbi-texniki, hərbi tibb və səhiyyə, mədəni və idman tədbirləri, o cümlədən hərbi-mülki əməkdaşlıq və digər istiqamətləri əhatə edən sahələri müzakirə edəcəklər.

Qeyd edək ki, görüş oktyabrın 25-dək davam edəcək.

Babək Cahandarov

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər