Bakıda “Ölmək vaxtı" polyak filmi nümayiş olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Ölmək vaxtı" polyak filmi nümayiş olunacaq

16:47 - 25 / 10 / 2017
Bakıda “Ölmək vaxtı" polyak filmi nümayiş olunacaq

Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşəbbüsü ilə 2-12 noyabr tarixlərində Bakıda növbəti Avropa Film Festivalı keçiriləcək.

1news.az-a Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, festival günlərində "Ölmək vaxtı" polyak filmi nümayiş etdiriləcək.

Noyabrın 9-na nümayişi planlaşdırılan filmin rejissoru Dorota Kengejavskadır. Film Flame Towers Cinemada polyak dilində altyazı ingiliscə olmaqla təqdim ediləcək.

Giriş pulsuzdur.

Xatırladaq ki, 2007-ci ildə çəkilmiş film dram janrındadır. Aniella adlı qıvraq zəkalı və yaşlı xanım ən son kirayənişinindən qurtulanda öz köhnə və gözəl taxtadan olan evində nəhayət özünü ev sahibəsi kimi hiss edə biləcəyini fikirləşirdi. Lakin onun acgöz oğlu və həris qonşularının başqa planları var idi. Filmdə qadının başına gələnlərdən söz açılır.

"Ölmək vaxtı" 2007-ci ildə Gdında keçirilən Polşa Film Festivalında - qadın baş rol ifasına, rejissor işinə və səs operatorluğuna görə 3 mükafata layiq görülüb.

2008-ci ildə Triest Beynəlxalq film festivalının- mükafatçısı; Sanfransisko Beynəlxalq Film Festivalında “Filmdə ən yaxşı yumora görə” Kris Holter adına xüsusi mükafata layiq görülüb.

Nyu York Polşa Film Festivalı “Çətin , dərin humanistik mövzuya xüsusi həssas yanaşdığına görə” mükafatlandırılmışdır. Lids Beynəlxalq Film Festivalı – Tamaşaçı mükafatına layiq görülüb.

P.Sultanova

 

 

Paylaş:
885

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər