Zakir Qaralov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələrini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Zakir Qaralov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələrini qəbul edib

18:35 - 25 / 10 / 2017
Zakir Qaralov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələrini qəbul edib

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin 8-ci görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan OECD Katibliyinin Antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və Hüquq Mühafizə Orqanları Şəbəkəsinin katibi Anka Yurma Baş Prokurorluqda olublar.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qonaqları qəbul edən Baş prokuror Zakir Qaralov Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə uğurla həyata keçirilən məhkəmə hüquq islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş qanunverici və institusional tədbirlər, “ASAN” xidmət mərkəzləri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib, OECD ilə səmərəli əməkdaşlığın verdiyi töhfələrin önəmini vurğulayıb.

Xüsusi olaraq bui ilin 12-13 sentyabr tarixlərində Paris şəhərində keçirilmiş OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının görüşündə baş tutmuş müzakirələr nəticəsində ölkəmizə qurumun IV Monitorinq Raund Hesabatı üzrə ünvanlanmış tövsiyələrin böyük əksəriyyətinin uğurla icra edilməsinin qeyd edilməsi vurğulanıb.

Qəbula görə minnətdarlıqlarını bildirən qonaqlar Azərbaycanın maliyyə dəstəyi ilə 20-dən artıq ölkənin 70-ə yaxın korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlarının nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirin yüksək peşəkarlıqla təşkil olunmasına görə öz təşəkkürlərini bildiriblər.

OECD nümayəndələri Azərbaycanın qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsi ilə uğurlu əməkdaşlığını, tövsiyələrin icrası istiqamətində göstərdiyi təşəbbüskarlığı qeyd etməklə səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə edib.

Görüşdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının ekspert qismində digər ölkələrin fəaliyyətinin dəyərləndirilməsinə cəlb edilməsi xüsusi olaraq qeyd edilib, qarşılıqlı əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
668

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər