Səfir: Deputatların Qarabağa səfəri Meksika hökumətinin mövqeyini əks etdirmir | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Deputatların Qarabağa səfəri Meksika hökumətinin mövqeyini əks etdirmir

13:26 - 26 / 10 / 2017
Səfir: Deputatların Qarabağa səfəri Meksika hökumətinin mövqeyini əks etdirmir

Meksikadan olan bir qrup deputatın Dağlıq Qarabağa qanunsuz səfəri barədə Meksika hökumətinə əvvəlcədən hər hansı məlumat verilməyib.

Bunu 1news.az-a açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini həmin səfərə münasibət bildirərkən deyib.

Diplomatın sözlərinə görə, bu səfər Meksika hökumətinin mövqeyini əks etdirmir: “Hər zaman qeyd etmişik və yenə də vurğulamaq istəyirəm ki, Meksika hökuməti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır.

Münaqişənin nizamlanmsı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilir. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Bir daha vurğulamaq istəyirəm ki, bu səfər Meksika hökumətinin mövqeyini əks etdirmir və rəsmi Mexiko Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Pərvanə Sultanova

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər