Novruz Məmmədov: "“Euronews “ Azərbaycanın qaçqın böhranı barədə heç vaxt belə fikir söyləməyib
“Euronews bir neçə gün bundan əvvəl Myanmada baş verən hadisələri "müasir zamanın ən böyük qaçqın böhranı" adlandırdı. Bu çox yaxşıdır və düzdür”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib: “Amma Avropada özlərini ən çox baxılan, tarazlı, neytral, müstəqil və ədalətli hesab edən kanal Azərbaycanda 1980-ci illərin sonu və 90-cı illərin əvvəllərində baş vermiş qaçqın böhranı (bir milyondan artıq insan) haqda bir dəfə də olsun belə fikir söyləməyib”.
P.Sultanova
949