Qatardan qaçan məhbuslardan biri tutulub - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Qatardan qaçan məhbuslardan biri tutulub - RƏSMİ

17:23 - 26 / 10 / 2017
Qatardan qaçan məhbuslardan biri tutulub - RƏSMİ

Bu gün Penitensiar xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qatardan qaçan dustaqlardan biri, Əli Ağami saxlanılıb.

Bu barədə 1news.az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda deyilir: “Xəbər verildiyi kimi, oktyabrın 23-də Bakı şəhərinə etap zamanı müşayiət altından qaçmış 2 təqsirləndirilən şəxsin axtarışı üzrə təxirəsalınmadan əməliyyat tədbirləri təşkil olunub. Oktyabrın 26-da Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən görülmüş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həbsdən qaçmış Əli Rasim oğlu Ağami tutularaq istintaq təcridxanasına yerləşdirilib. 

Digər təqsirləndirilən şəxs E.Ə.Məmmədovun axtarışı istiqamətində zəruri tədbirlər davam etdirilir".

1news.az

Paylaş:
1000

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər