Məktəblilər arasında “Şanlı bayrağım” adlı fotomüsabiqəyə start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblilər arasında “Şanlı bayrağım” adlı fotomüsabiqəyə start verilib

17:54 - 26 / 10 / 2017
Məktəblilər arasında “Şanlı bayrağım” adlı fotomüsabiqəyə start verilib

Bakıda təhsil alan məktəblilər arasında “Şanlı bayrağım” adlı fotomüsabiqəyə start verilib.

Bakı Şəhəri üztə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, müsabiqə paytaxt üzrə “Məktəblinin dostu” layihəsinin həyata keçirildiyi 31 ümumi təhsil məktəbini əhatə edir.   

Müsabiqə “Məktəblinin dostu” layihəsi tərəfindən “ASAN xidmət”lə birgə təşkil olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd 9 Noyabr-Dövlət Bayrağı Gününü təbliğ etmək, şagirdlərdə bayrağa hörmət və sevgi hissini aşılamaq, həmçinin, onların istedadını üzə çıxarmaq, vətənpərvərlik duyğularını yaradıcı formada ifadə etmələrinə şərait yaratmaqdan ibarətdir. 

Müsabiqə çərçivəsində şagirdlər əvvəlcə mövzuya aid fotoları təhsil aldıqları məktəbdəki "Məktəblinin dostu"na təqdim etməlidirlər. Bir şagird müsabiqədə 1 foto ilə iştirak edə bilər. Həmin fotolardan məktəbdaxili qiymətləndirmədən keçənləri  noyabrın 1-i saat 24:00-dək [email protected]elektron poçt ünvanına göndərilməlidir. Bir məktəb müsabiqəyə 3-7 aralığında foto təqdim edə bilər.

Hər bir fotonun qeydə alınması üçün Feysbukda #9noyabr haştaqı ilə minimum 5 paylaşma olmalıdır. [email protected] elektron poçt ünvanına göndərilmiş fotolardan müvafiq meyarlara cavab verənləri “Məktəblinin dostu”nun rəsmi internet səhifəsində yerləşdiriləcək.

Noyabrın 6-da peşəkar heyət tərəfindən hər məktəb üzrə bir foto növbəti mərhələ üçün seçiləcək.

Müsabiqənin sonunda 3 ən yaxşı foto müəyyənləşdiriləcək. Həmin fotoların müəllifləri xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar. Bununla yanaşı, müsabiqənin sonuncu mərhələsinə qatılmış digər iştirakçıların da təltif olunması nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqəyə təqdim olunmuş fotoşəkillərdən ibarət sərgi də təşkil ediləcək. Fotosərgi ölkə üzrə bütün “ASAN xidmət” mərkəzlərində nümayiş olunacaq. 

Babək Cahandarov

Paylaş:
629

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər