Kəmaləddin Heydərov İranın iqtisadi işlər və maliyyə naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Kəmaləddin Heydərov İranın iqtisadi işlər və maliyyə naziri ilə görüşüb

20:25 - 26 / 10 / 2017
Kəmaləddin Heydərov İranın iqtisadi işlər və maliyyə naziri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 26-da İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

FHN-dən 1news.az-a verilən məlumata görə, K. Heydərov Məsud Kərbasianı Dövlət Komissiyasının həmsədri təyin olunması münasibətilə təbrik edərək uğurlar arzulayıb.

Nazir ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin və keçirilən görüşlərin böyük rol oynadığını diqqətə çatdırıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində də iki ölkə arasında sıx əməkdaşlığın mövcudluğunu vurğulayan K. Heydərov gələcəkdə də sözügedən sahədə qarşılıqlı fəaliyyətin davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Öz növbəsində, İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian təbii fəlakətlərlə üzləşdikləri zaman Azərbaycan tərəfindən göstərilən yardımları böyük minnətdarlıq hissi ilə xatırladıqlarını bildirib, qardaş köməyinə görə təşəkkür edib. İranlı nazir iki ölkə arasında iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən söz açıb, bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
950

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər