Beybit İsabayev: Qazaxıstan Azərbaycanı 40 yükdaşıma elektrovozu ilə təmin edəcək
"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı möhtəşəm hadisə olacaq. Biz bunu 10 il gözləmişik".
1news.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib. Onun sözlərinə görə, BTQ yalnız Azərbaycan və Türkiyənin deyil, Böyük İpək Yolu ölkələrinin inkişafına impuls verəcək.
Səfir əlavə edib ki, layihənin reallaşmasında Qazaxıstan maşınqayırma sahəsinin məhsullarından istifadə olunub.
“Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətində 10 Qazaxıstan teplovozu istifadə ediləcək. Eyni zamanda 2020-ci ilə qədər Qazaxıstan bu layihə üçün Azərbaycanı 40 yükdaşıma elektrovozu ilə təmin edəcək”- deyə, B.İsabayev qeyd edib.
P.Sultanova
1115