Meteoroloqlardan xəbərdarlıq: güclü külək əsəcək, yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: güclü külək əsəcək, yağış yağacaq

13:08 - 27 / 10 / 2017
Meteoroloqlardan xəbərdarlıq: güclü külək əsəcək, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabr ayının 28-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85,  gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 28-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir  güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. 

Meteoroloqların xəbərdarlığına görə, bəzi rayonlarda oktyabrın 28-i gündüzdən ayın sonunadək qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir  güclənəcəyi, oktyabrın 28-i axşamdan 29-u səhərədək bəzi yerlərdə  arabir yağış yağacağı gözlənilir.

Babək Cahandarov

 

Paylaş:
785

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər