Premyer Liqa: “Keşlə” “Kəpəz”ə, “Qəbələ” “Zirə”yə məğlub oldu | 1news.az | Xəbərlər
Futbol

Premyer Liqa: “Keşlə” “Kəpəz”ə, “Qəbələ” “Zirə”yə məğlub oldu

20:16 - 28 / 10 / 2017
Premyer Liqa: “Keşlə” “Kəpəz”ə, “Qəbələ” “Zirə”yə məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 görüşü keçirilib.

1news.az-ın məlumatına görə, ilk olaraq meydana adını dəyişən “Keşlə” ilə (keçmiş “İnter”) “Kəpəz” çıxıb.

“İnter Arena”da baş tutan görüşdə Gəncə təmsilçisi rəqibinin qapısından iki cavabsız top keçirərək qalib gəlib.

Günün ikinci matçı həm də turun mərkəzi görüşü kimi əlamətdar olub. Zirədə baş tutan qarşılaşmada eyniadlı klubla “Qəbələ” qarşılaşıb.

Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar.

Bu qələbədən sonra “Zirə” ikinci pilləyə yüksəlib, “Qəbələ” isə üçüncü pilləyə yuvarlanıb.

Azərbaycan Premyer Liqası

X tur

28 oktyabr (şənbə)

 

“Keşlə” – “Kəpəz” - 0:2

Qollar: Viktor Oseqeyl, 15, İlyas Səfərzadə, 65
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov 
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
“İnter Arena”

 

“Zirə” – “Qəbələ”- 2:1

Qollar: Milan Duriç, 18-pen., Sadio Tounkara, 38 - Famoussa Kone, 71

Qırmızı vərəqə: Cavid Hüseynov, 43

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev 

AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Vüsal Əliyev
Zirə İdman Kompleksinin stadionu

 

Turnir cədvəli 

1

Qarabağ

9

7

1

1

15-4

22

2

Zirə

10

6

3

1

18-8

21

3

Qəbələ

10

6

1

3

13-11

19

4

Sumqayıt

9

4

1

4

10-12

13

5

Neftçi

9

3

1

5

10-9

10

6

Səbail

9

3

0

6

5-13

9

7

Keşlə

10

2

2

6

7-14

8

8

Kəpəz

10

2

1

7

7-15

7

Bombardir: Mahir Mədətov ("Qarabağ") – 5 qol.

Qeyd edək ki, dünən keçirilən turun ilk matçında “Qarabağ” minimal hesabla “Səbail”ə qalib gəlib. Turun sabah baş tutacaq son görüşündə isə “Neftçi” “Sumqayıt”la üz-üzə gələcək.

Babək Cahandarov

Paylaş:
947

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər