Göyçayda keçiriləcək XII Nar festivalının proqramı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda keçiriləcək XII Nar festivalının proqramı açıqlanıb

20:55 - 28 / 10 / 2017
Göyçayda keçiriləcək XII Nar festivalının proqramı açıqlanıb

Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə noyabrın 3-4-də Göyçay şəhərində keçiriləcək XII Nar festivalına hazırlıq işləri başa çatmaq üzrədir.

Festivalın keçirilməsi üçün yaradılan təşkilat komitəsi tədbirin vaxtı, yeri və digər məsələlərlə bağlı turizm şirkətlərinin çoxsaylı müraciətini, eləcə də mərasimdə iştirak etmək üçün Göyçaya gələcək yüzlərlə yerli və xarici turistin istəyini nəzərə alaraq, XII Nar festivalının proqramını bir həftə öncə ictimaiyyətə açıqlayıb.

Tədbirin təşkilində yaxından iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin Ağdaş Regional Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əliyev AZƏRTAC-a bildirib ki, Nar festivalının keçiriləcəyi ərazilərin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanıb. Bundan əlavə, hazırda Göyçay rayon Mədəniyyət Evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirinin proqramı əsasında çıxışlara hazırlaşırlar. Bayram tədbiri əvvəllər Heydər Əliyev parkında və şəhər stadionunda keçirilirdisə, bu il uşaq musiqi məktəbinin qarşısında və Cəyirli kəndi ərazisində yeni istifadəyə verilən “Göyçay” Topdansatış Ticarət Mərkəzində təşkil olunacaq.

Budəfəki Nar festivalı öz zənginliyi və möhtəşəmliyi ilə əvvəlki illərdəkindən xeyli fərqlənəcək. Festival iştirakçılarına bir sıra yeniliklər təqdim olunacaq. Belə ki, bayramla əlaqədar müxtəlif turizm şirkətləri Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar təşkil edəcək. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olacaq, bayram tədbirində iştirak edəcək, satış yarmarkalarında müxtəlif sortdan olan keyfiyyətli nar meyvəsini və ondan hazırlanan məhsulların dadına baxmaq və onları almaq imkanı qazanacaqlar.

Proqrama uyğun olaraq, noyabrın 3-də saat 11-də şəhərin mərkəzində tədbirin rəsmi hissəsi başlayacaq. Sonra nara aid milli musiqi, muğam və folklor nümunələri, müxtəlif müsabiqələr, rəngarəng sərgilər, Azərbaycan mətbəxi və nar məhsullarının bütün nümunələri təqdim ediləcək. Həmçinin “Nar” abidəsinin açılışı olacaq, “Ən gözəl nar qızı” müsabiqəsi keçiriləcək. Qonaqlar rayonun nar emalı müəssisələrinə də səfər edəcəklər. Bayram tədbiri ölkəmizin tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq.

Noyabrın 4-də isə “Göyçay” Topdansatış Ticarət Mərkəzində kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların satış sərgiləri, nar mövzusunda bədii kompozisiyalar, milli folklor nümunələri, əyləncəli müsabiqələr və satış yarmarkası olacaq. Qonaqlar nar şirəsinin, nar şərabının, nar mürəbbəsinin, nardançanın, müxtəlif sortdan olan gilələnmiş narın dadına baxa biləcəklər.

1news.az

Paylaş:
972

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər