Salyanda ikimərtəbəli ev yanaraq kül oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda ikimərtəbəli ev yanaraq kül oldu

14:02 - 29 / 10 / 2017
Salyanda ikimərtəbəli ev yanaraq kül oldu

Salyan rayonunda yerləşən evlərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Salyan rayonunun Qarabağlı kəndində ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Babək Cahandarov

Paylaş:
901

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər