“Keşlə” Svanadze ilə yolları ayırdı | 1news.az | Xəbərlər
İdman

“Keşlə” Svanadze ilə yolları ayırdı

1news Redaksiyası16:00 - 29 / 10 / 2017
“Keşlə” Svanadze ilə yolları ayırdı

“Keşlə” baş məşqçi Zaur Svanadze ilə yollarını ayırıb.

1news.az-ın məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

Bildirilib ki, klub rəhbərliyi ilə gürcü mütəxəssis arasında görüş keçirilib, komandanın cari nəticələri müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq Zaur Svanadze və köməkçisi Ramaz Svanadze ilə müaviləyə qarşılıqlı olaraq xitam verilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında geridə qalan 10 oyundan sonra aktivində 8 xal olan “Keşlə” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

1news.az

Paylaş:
959

Son xəbərlər

Paşinyan Putinə zəng etdi

07 / 10 / 2026, 15:24
Bütün xəbərlər