Xızıda 110 ədəd partlamamış hərbi sursat aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda 110 ədəd partlamamış hərbi sursat aşkarlanıb - FOTO

20:58 - 29 / 10 / 2017
Xızıda 110 ədəd partlamamış hərbi sursat aşkarlanıb - FOTO

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, 110 ədəd partlamamış hərbi sursat (PHS), 45 ədəd partlamış-yanmış mərmi qalıqları və 1000 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 754 350 kv.m (75.44 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 57 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığında yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib, 13 779 ədəd partlamamış hərbi sursat (PHS), 5 932 ədəd partlamış-yanmış sursat qalıqları və 54 659 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 56 438 008 kv.m (5 644 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

1news.az

Paylaş:
611

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər