Mübariz Əhmədoğlu: Avrokomissiya Dağlıq Qarabağ tənzimlənməsindəki müsbət proseslərə təkan verə bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Avrokomissiya Dağlıq Qarabağ tənzimlənməsindəki müsbət proseslərə təkan verə bilər

10:56 - 30 / 10 / 2017
Mübariz Əhmədoğlu: Avrokomissiya Dağlıq Qarabağ tənzimlənməsindəki müsbət proseslərə təkan verə bilər

Avropa İttifaqının(Aİ)qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Yohannes Han “Şərq Tərəfdaşlığı” ölkələrinin vətəndaş cəmiyyətlərinin təmsilçiləri qarşısında çıxış edərkən 2015–ci ildə Riqada Aİ-nin “Şərq Tərəfdaşlığı”nın sammitində yekun bəyannamənin hazırlanmasında yaranan maneələrin yenidən təkrarlanmasını arzuolunmaz hal adlandırdı. Vilnüs və Riqa sammitlərində əsas mübahisə doğuran məsələ ərazi bütövlüyü prinsipinə ikili yanaşmanın mövcudluğudur.

1news.az xəbər verir ki,  bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.

O deyib ki, Aİ Avropa məkanındakı bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir, yalnız Azərbaycana gəldikdə Dağlıq Qarabağ münaqişəsində ərazi bütövlüyü prinsipini deyil, ATƏT Minsk qrupunun fəaliyyətini dəstəklədiyini bildirir:

“Bu Azərbaycan prizmasından arzuolunmaz haldır. Erməniləri işğalçılığın davamına ruhlandırır. Amma indi ərazi bütövlüyü prinsipinə ikili yanaşma Aİ-nin özü üçün problem yaradır. Eləcə də Hann düzgün olaraq bəyanatlarla Dağlıq Qarabağ münaqişəsinin həll etməyin mümkün olmadığını bildirdi. Amma o, Avrokomissiyanın bəyanatlardan konkret addımlara keçməsinə nəyin maneçilik etdiyini açıqlamadı”.

Politoloq əlavə edib ki, 2015-ci ilin mayında Riqada Aİ-nin “Şərq Tərəfdaşlığı” sammitində avrokomissar Hann  Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ tənzimlənməsində yeni variantlar tətbiq etməyə çağırdı: “Aİ və ATƏT MQ Dağlıq Qarabağ münaqişəsini mürəkkəb hesab edirlər, amma mürəkkəb şəraitdə yaranan ilkin addımlara dəstək vermirlər. 

Y.Hann Ermənistan təmsilçilərinin sualına cavab olaraq Aİ ilə Ermənistan arasında sazişin noyabrın 24-də Brüsseldə Aİ sammiti zamanı imzalanmayacağını, nisbətən gec imzalanacağını bildirdi. Görünür, Ermənistan-Aİ sazişində dəyişiklik nəzərdə tutulur və bu dəyişiklik Dağlıq Qarabağ tənzimlənməsinə aiddir. Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə komissarı, F.Moqerininin siyasi məsələlər üzrə müavini Jan Kristof Bellardın Bakıya səfəri və səfər zamanı keçirdiyi görüşlər Aİ-ni belə qərar qəbul etməyə həvəsləndirib. Dağlıq Qarabağ məsələsində Aİ-nin həm Ermənistan, həm də Azərbaycanla imzalamağa hazırladığı sənəddə ərazi bütövlüyünə eyni yanaşma əksini tapmalıdır.

Bütün bunları nəzərə alaraq Y.Hann və digər rəsmilərin  diqqətinə bəzi məsələləri çatdırırıq:

Birincisi, 2015-cü ildə Aİ-nin“Şərq Tərəfdaşlığı”nın Riqa sammiti zamanı Almaniyanın kansleri A.Merkelin S.Sarkisyanla apardığı danışıqlardan sonra üzv dövlətlərin hamısının ərazi bütövlüyünə dəstək elan edildi. Bu presedentdən istifadə etmək olar.

İkincisi,  BMT-nin baş katibi dəyişildikdən sonra onun Dağlıq Qarabağ tənzimlənməsindəki aktivliyini inkar etməyə Aİ-nin haqqı yoxdur. Aİ 15 ilə yaxındır Dağlıq Qarabağ tənzimlənməsi üzrə eyni standart ifadəni istifadə edir.

Üçüncüsü, Aİ Azərbaycan və Ermənistan vətəndaşlarının yaratdığı “Sülh platforması”nı inkar etməməli idi, bu prosesi öz himayəsi altına alıb qüsurlarını aradan qaldırıb arzuladığı varianta nail ola bilərdi. 

Nəhayət, Aİ Dağlıq Qarabağın erməni və azərbaycanlı təmsilçiləri arasında dialoqa lazımı qədər dəstək ayırmayıb. Bu S.Sarkisyanın Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna qoyduğu qadağanı daha da möhkəmləndirir. Aİ MDB məkanındakı bütün digər  münaqişəli regionlarda (Abxaziya, Cənubi Osetiya və Dnestryanı) həmin münaqişəli regionları tərk etmiş insanları öz regionlarına baş çəkməsinə dəfələrlə şərait yaradıb. Dağlıq Qarabağdan deportasiya olunmuş heç bir azərbaycanlı bu günədək həmin ərazilərə ayaq basmayıb.

Avrokomissiya Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında DQVM ərazisində dialoqunu qurmaqla həm Dağlıq Qarabağ münaqişəsinin tənzimləınməsinə, həm də Azərbaycan investisiyalarının Ermənistana cəlb olunmasına nail ola bilər. Bunun üçün Brüssel Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulmasını mümkün qədər qısa müddət ərzində və tamamilə öz patronajlığına  almalıdır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulması prosesinin ilkin bünövrəsi Aİ məkanında qoyulsa, daha uğurlu olar.

Beləliklə Avrokomissiyanın münaqişələrin həllində bəyanatlardan bezməsinə son qoyula bilər”.

 1news.az 

Paylaş:
604

Son xəbərlər

Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16
Bütün xəbərlər