“Qarabağ” “Atletiko”ya qarşı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Atletiko”ya qarşı

15:02 - 31 / 10 / 2017
“Qarabağ” “Atletiko”ya qarşı

Bu gün Çempionlar Liqasında II dövrəyə start veriləcək.

1news.az-ın məlumatına görə, son ölkə çempionu “Qarabağ” səfərdə “Atletiko” ilə görüşəcək.

Yeni inşa olunan “Metroplitano” stadionunda baş tutacaq qarşılaşmanın hər iki tərəf üçün böyük əhəmiyyəti var. Belə ki, üçüncü pillədə yer alan “Atletiko” qalib gəlməklə növbəti mərhələyə çıxmaq şansını qorumağa çalışacaq.

İki həftə öncə Bakıda keçirilən görüşdə gözlənilmədən xal itirən Madrid təmsilçisi qalib gəlməklə bu məğlubiyyətin təsadüfi olduğunu göstərməyə çalışacaq.

“Qarabağ” isə ən azından çətin səfər oyunundan Bakıya bir xalla dönməyi hədəfləyib. Sensasiyaya imza atıb qalib gələcəyi təqdirdə isə komandamız sonuncu pillədən qurtulmuş olacaq.

Onu da bildirək ki, Almaniyadan olan hakimlər briqadasının idarə edəcəyi “Atletiko” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Çempionlar Liqası

IV tur, C qrupu

31 oktyabr

23:45. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Deniz Aytekin

Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker

Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand

Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)

Madrid. “Metropolitano” stadionu 

1

Çelsi

3

2

1

0

11-4

7

2

Roma

3

1

2

0

5-4

5

3

Atletiko

3

0

2

1

1-2

2

4

Qarabağ

3

0

1

2

1-8

1

 

Babək Cahandarov

Paylaş:
883

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər