ADU-da Ölülər Günü qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADU-da Ölülər Günü qeyd edilib - FOTO

16:16 - 31 / 10 / 2017
ADU-da Ölülər Günü qeyd edilib - FOTO

Oktyabrın 31-də Meksikanın Azərbaycandakı səfirliyi Azərbaycan Dillər Universitetində Ölülər Gününü qeyd edib.

Meksikanın Azərbaycandakı səfirliyindən 1news.az-a verilən məlumata görə, bu münasibətlə universitetin birinci mərtəbəsində quraşdırılmış ölülər altarı kimi Meksika adətlərinin bir hissəsi haqqında tələbələrə məlumat verilib.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini universitetin müəllim və tələbə heyəti ilə birlikdə altarın açılışını edib, onun tərkib hissələri barədə məlumat verərək təbdir iştirakçılarını ölkəsinin mədəniyyətinin bu və digər maraqlı tərəflərini tanımağa dəvət edib.

Sonra tədbir iştirakçıları universitetin Multikulturalizm zalında toplaşıblar, orada səfir Labardini Ölülər günü, onun qeyd olunma formaları, ənənəvi rituallar və yaranma tarixindən qısa olaraq söz açıb.

İspandilli tələbələr bu və digər Meksika ənənələrinə böyük maraq göstərib, mövzu ilə bağlı suallara cavab tapmaq imkanında olublar.

Müzakirələrdən sonra “Sümüklərə qədər” adlı qısametrajlı film nümayiş olunub. Film ölümün həyatın bir hissəsi olması anlayışını təqdim edir.

Sonra universitet tərəfindən səfirə təqdimat mərasimi və çoxsaylı Meksika adətlərinin bəziləri ilə bölüşməsinə görə təşəkkür bildirilib, gələcəkdə oxşar görüşlərin həyata keçirilməsi təklif olunub.

 

P.Sultanova

Paylaş:
677

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər