Küveyt qəzeti: “Azərbaycan: Asiya ilə Avropanı birləşdirən dəmir yolunun açılışı” | 1news.az | Xəbərlər
Cəmiyyət

Küveyt qəzeti: “Azərbaycan: Asiya ilə Avropanı birləşdirən dəmir yolunun açılışı”

16:29 - 31 / 10 / 2017
Küveyt qəzeti: “Azərbaycan: Asiya ilə Avropanı birləşdirən dəmir yolunun açılışı”

Küveytdə böyük oxucu auditoriyasına malik “Əl-Rəy” qəzetinin 31 oktyabr tarixli buraxılışında “Azərbaycan: Asiya ilə Avropanı birləşdirən dəmir yolunun açılışı” sərlövhəli məqalə dərc edilib.

1news.az-a Azərbaycanın Küveytdəki səfirliyindən verilən xəbərə görə,  məqalədə Rusiya ərazisindən keçməklə Çindən Qərbi Avropaya sərf olunan vaxtın azaldılması məqsədini daşıyan, üç ölkəni - Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmir yolu xəttinin cari il oktyabrın 30-da işə düşdüyü barədə məlumat verilib. Yolun 826 kilometr uzunluğunda olduğu və bu xəttin Bakı, Tbilisi və Qars şəhərlərini birləşdirdiyi qeyd edilib.

Məqalədə bildirilib ki, Qafqaz regionunun neftlə zəngin ölkəsində yerləşən Ələt şəhərində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxış edib. Dövlət başçısının çıxışı zamanı bu xəttin Çin ilə Avropa arasında səyahət müddətini azaltmağa kömək edəcəyini, Bakı-Tbilisi-Qars dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu bildirdiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, 1 milyard ABŞ dolları dəyərində olan bu yol vasitəsilə ilkin mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, daha sonra isə daha böyük həcmdə yüklərin və ildə 1 milyon sərnişin daşınmasının nəzərdə tutulduğu bildirilib.

Avropa İttifaqının Bəyanatında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının qədim İpək Yolu boyu Avropa İttifaqı, Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addım olduğunun vurğulandığı diqqətə çatdırılıb.

S.Xankişiyeva

Paylaş:
690

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər