Coca-Cola və məşhur fud-bloqer milli mətbəxi təbliğ edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Coca-Cola və məşhur fud-bloqer milli mətbəxi təbliğ edir – FOTO

18:30 - 31 / 10 / 2017
Coca-Cola və məşhur fud-bloqer milli mətbəxi təbliğ edir – FOTO

Coca-Cola Fərhad Aşurbəyli ilə birgə milli mətbəximizi daha çoxlarına tanıtmaq məqsədilə yeni layihəyə başlayıb.

Məşhur bloqer müxtəlif Azərbaycan yeməklərinin ən dadlı hazırlanma yollarını onlayn mediada, eləcə də “Coca-Cola”nın sosial media platformalarında izləyicilərlə paylaşır. Aktiv olan sosial media “aşpazlar”ı daha sonra Fərhad Aşurbəyli ilə birlikdə yemək hazırlamaq şansı qazanırlar.

“Azərbaycan öz ləziz mətbəxinə görə bütün dünyada tanınır. Biz hamımız öz milli yeməklərimizi sevirik və onları bişirməkdən zövq alırıq. Son dövrlərdə internet həyatımızın ayrılmaz bir parçası olduğuna görə düşündük ki, Azərbaycan milli mətbəxini sosial mediada təbliğ edək. Bu məqsədlə, ölkənin müxtəlif bölgələrindən ən məşhur 15 yeməyi seçdik və bizə görə onların ən dadlı hazırlanma üsullarını sosial media istifadəçilərinə təqdim etdik. Bu layihəni məhz Coca-Cola ilə başlamağımızın əsas səbəbi isə milli yeməklərin buz kimi Coca-Cola ilə möhtəşəm tandem təşkil etməsidir”-  deyə məşhur fud-bloqer Fərhad Aşurbəyli layihə haqqında fikirlərini bildirdi.

Mədəniyyətimizin zəngin hissəsi olan milli mətbəximizi hamımız sevirik. Hətta gənclər də milli yeməklərimizi bişirməyi öyrənir və özlərinin “sirli” reseptlərini paylaşırlar. Müəyyən bir yeməyi hazırlamaq üçün hər kəs eyni inqrediyentlərdən istifadə etsə də, kimin hazırlamasından asılı olaraq həmin yeməyin dadı fərqli alınır. Məhz Coca-Cola içkisinin də belə ləzzətli, təkrarolunmaz və mükəmməl olmasının səbəbi inqrediyentlər deyil, onun unikal reseptidir. Biz bu layihə ilə Azərbaycan mətbəxinin zənginliyini və sirlərini hər kəslə bölüşmək istədik. Hər hansı bir yeməyin hazırlanmasının ən yaxşı üsuluna dair müxtəlif fikirlər ola bilər, ancaq bir məsələdə hamı həmfikirdir – buz kimi Coca-Cola bütün təamlara, xüsusilə də, Azərbaycan yeməklərinə mükəmməl əlavədir” – deyə Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.

Yay mövsümündə başlayan layihə sosial mediada kifayət qədər populyarlıq qazanıb və geniş müzakirələrə səbəb olub. Hər həftə Fərhad Aşurbəyli “Coca-Cola” FacebookInstagram səhifələrində milli mətbəximizin nümunələrinə dair videolar paylaşır. Artıq 2,5 milyondan çox istifadəçi bu videolar və digər materiallarla tanış olublar. Layihə ilin sonuna qədər davam edəcək.

Reklam hüququnda

Paylaş:
1580

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər