Millimiz Albaniya ilə heç-heçə edərək elit-raunda vəsiqə qazanıb | 1news.az | Xəbərlər
Futbol

Millimiz Albaniya ilə heç-heçə edərək elit-raunda vəsiqə qazanıb

19:05 - 31 / 10 / 2017
Millimiz Albaniya ilə heç-heçə edərək elit-raunda vəsiqə qazanıb

Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

1news.az-ın məlumatına görə, Azərbaycan yığmasının mübarizə apardığı IV qrupda son turun matçları baş tutub.

Millimiz meydan sahibi Albaniya yığması ilə görüşüb. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bununla da turniri 4 xalla başa vuran yığmamız qrup ikincisi olub.

Vüqar Əsgərlinin baş məşqçisi olduğu yığmamız 2-ci yerin sahibi kimi elit-raunda vəsiqə qazanıb.

Qeyd edək ki, komandamız bundan əvvəl Ukraynaya 2:0 hesabı ilə qalib gəlib, İspaniyaya 0:6 hesabı ilə uduzub.

Xatırladaq ki, elit-raundun oyunları 2018-ci ilin yazında keçiriləcək.

19 yaşadək qızlar arasında Avropa çempionatı

Seçmə mərhələ, IV qrup

III tur, 31 oktyabr

Albaniya - Azərbaycan – 0:0

Ukrayna – İspaniya – 0:4

1

İspaniya

3

3

0

0

18-0

9

2

Azərbaycan

3

1

1

1

2-6

4

3

Ukrayna

3

1

0

2

5-6

3

4

Albaniya

3

0

1

2

0-13

1

1news.az

Paylaş:
668

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər