Cəzibədar Cenifer Lopes beysbolçunun ağuşunda – FOTO
Superulduz, tanınmış müğənni və aktrisa Cenifer Lopes beysbolçu Aleks Rodrigeslə birə “Vanity Fair” jurnalının üz qabığına çəkiliblər.
1news.az xəbər verir ki, sözügedən jurnala müsahibə də Cenifer Lopes Alekslə münasibətlərindən danışıb:
“O məni heç kəsin bacarmadığı qədər yaxşı anlayır. Mən isə onu yarımçıq sözündən başa düşürəm”.
Məlum olub ki, müğənni ilə idmançı hələ 12 il əvvəl tanış olublar. Lakin həmin vaxt onların münasibətlərində qeyri-adi nəsə baş vermədi. Hər şey isə təsadüfən oldu.
“Bu elə bir andır ki, hiss edirsən ki, bunu etməyə də bilərsən, ancaq edirsən. Aleksi Beverli Hillz-də görəndə yanından ötüb keçə də bilərdim, lakin ona yaxınlaşdım və salam verdim”- deyə, Cenifer Lopes həmin anı xatırlayarkən deyib.
O Alekslə ilk görüşləri barədə ağızdolusu danışır: “O ağ köynəkdə idi, özünə çox əmin və yaxşı görünürdü, lakin çox danışırdı. Başa düşdüm ki, əsəbiləşir. Çünki məndən içib içmədiyimi soruşdu. Mən isə içmədiyimi dedim. Belə olanda o içki sifariş edərsə mənim etiraz edib etməyəcəyimi soruşdu. O çox əsəbiləşirdi və bu mənim xoşuma gəldi”.
“Mən bunun adi görüş olmadığını bilmirdim. Onun vəziyyətini və nə etmək istədiyini anlamadığım üçün həyəcanlı idim. Lakin mənim üçün çox məhsuldar bir gecə oldu. Mən dünyanın ən ağıllı və möhtəşəm qadınlarından biri ilə oturmuşdum”- deyə, beysbolçu qeyd edib.
Cenifer Lopes də Alekslə görüşmələrindən məmnunluqla danışır: “Biz çox zamanında görüşdük. Hər birimiz artıq şəxsiyyət kimi formalaşmışdıq, karyeramızda uğurlar qazanmışdıq, indi isə əsl möhkəm əlaqələr qurmağa hazırıq”.
“Biz əkizlər kimiyik. Hər ikimiz Şir bürcündənik, Nyu-Yorkdanıq və əslən Latın Amerikasındanıq. Bunu uzada da bilərəm”- deyə, Rodriges əlavə edir.
1news.az